Trampın kürəkəni 266 vəzifəni tərk edib

Trampın kürəkəni 266 vəzifəni tərk edib
09:05 1 Aprel 2017
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın baş müşaviri və kürəkəni Cared Kuşner dövlət qulluğunda işləmək imkanına malik olmaq üçün özəl sektorda çalışdığı 266 müxtəlif vəzifədən istefa verməyə məcbur qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ administrasiyasının nümayəndəsi Ağ Evdə keçirilən xüsusi brifinqdə jurnalistlərə deyib.

O, təsdiq edib ki, ABŞ prezidentinin ətrafında olan və son zamanlara qədər özəl şirkətlərdə çalışan bütün nümayəndələr əvvəlki vəzifələrini tərk ediblər.

Brifinqin aparıcısı jurnalistlərin ABŞ administrasiyasında neçə milyarderin olmasına dair verdikləri sualdan yayınmağa çalışıb. "Buna bir çox müxtəlif üsullarla baxmaq olar", - administrasiyanın nümayəndəsi sualı belə cavablandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/531040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR