Misirdə İŞİD-in yerli lideri öldürülüb

Misirdə İŞİD-in yerli lideri öldürülüb
09:05 1 Aprel 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Misir hərbçiləri İŞİD terror qruplaşmasının yerli özəyinin liderlərindən birini məhv edib.  

Milli.Az APA-ya istinadən xəbər verir ki,  hava zərbəsi nəticəsində öldürülənin "Sinay əyaləti" ekstremist qruplaşmasının liderlərindən biri  Əbu əl-Ənsari  olduğu məlum olub.
 
İŞİD qruplaşması əl-Ənsarinin Sinay yarımadasında öldürüldüyünü təsdiqləyib.
 
Misir KİV-lərinin məlumatına görə, Əbu əl-Ənsari  İŞİD-ə sədaqət andı içən və əvvəllər "Ənsər Beyt əl-Makdis" adı ilə tanınan "Sinay əyaləti" qruplaşmasının yaradıcılarından biri olub.
 
Qeyd edək ki, Misir ordusu Sinay yarımadasının şimalında iki ilə yaxındır ki, ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR