Bakıda "Mercedes" körpüdən aşdı - ölən və yaralananlar var - YENİLƏNİB

Bakıda "Mercedes" körpüdən aşdı - ölən və yaralananlar var - YENİLƏNİB
09:22 1 Aprel 2017
193 Ölkə
Ölkə mətbuatı
A- A+

09:20

Bakının Qaradağ rayonunda, Bakı-Ələt magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində sürücü və bir qadın sərnişin hadisə yerində dünyasını dəyişib. Meyitlərdən birini maşından çıxarmaq mümkün olmayıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
 
Avtomobildə olan digər üç nəfər isə xəsarət alıb. 1 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, yaralılar ora gətirilib. Onlardan birinin vəziyyəti ağırdır.
 
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar arasında polis əməkdaşı da var.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır. Ölən və yaralanan şəxslərin adları dəqiqləşdirilir.

-----------

09:13

Bakıda avtomobil körpüdən aşıb.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax magistral avtomobil yolunun 67-ci kilometrliyində "Mercedes" markalı minik avtomobilinin körpüdən aşması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış Səlimov Səlim Zakir oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:19-da başa çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/531064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR