Prezident vətəndaşlara müraciət etdi: "Təşəbbüskarların təsirinə uymayın"

Prezident vətəndaşlara müraciət etdi: "Təşəbbüskarların təsirinə uymayın"
09:28 1 Aprel 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Paraqvay prezidenti Horasio Kartes onun təkrar seçilməsi haqqında konstitusiyaya düzəlişin qəbul edilməsi nəticəsində yaranmış kütləvi iğtişaşlardan sonra vətəndaşları sakitliyə çağırıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, "Milli Konqres binası qarşısında törədilmiş vandalizm aktları ilə əlaqədar vətəndaşları əmin-amanlığı qorumağa, zorakılığın və qan tökülməsi aktlarının təşəbbüskarlarının təsirinə uymamağa çağırıram" – deyə Kartesin "Twitter"dəki mikrobloqunda yerləşdirilmiş bəyanatında bildirilir.

Paraqvay başçısının sözlərinə görə, Konqresin binasında baş vermiş yanğın bir daha etirazçıların öz məqsədlərinə çatmaq üçün ölkədə demokratiyanın, siyasi və iqtisadi sabitliyin məhvini əsirgəmədiklərini göstərdi.

"Bütün həmvətənlərimi dialoqa və fikir plüralizmi şəraitində hörmətə çağırıram", - deyə prezidentin bəyanatında deyilir. Dövlət başçısı vurğulayıb ki, demokratiya zorakı üsullarla qazanılmır və dəstəklənmir.

Qeyd edək ki, Kartesə daha bir dəfə prezident seçilmək imkanı verən konstitusiyaya düzəlişləri qəbul etdikdən sonra etirazçılar Paraqvay Konqresinin binasını yandırıblar. İğtişaşlar nəticəsində bir neçə nəfər xəsarət alıb.

"BBC Mundo" parlamentin qarşısında 28 nəfərin yaralandığını xəbər verib. Onlardan biri deputatdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR