Rusiyanın yeni "Putin"i kim olacaq?

Gələn il Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı artıq indidən mediada fikirlər səsləndirilməyə başlanılıb.

Yeni prezidentin kim olacağı barədə suallar yaranıb. Bir çox namizədlər göstərilir. Bunların sırasında isə Krımın prokuroru Natalya Poklonskaya və hazırki xarici işlər naziri Sergey Lavrovun adı tez-tez hallandırılır.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Elman Nəsirli bildirir ki, Putinin rəqibi ola biləcək siyasi xadim yoxdur. Bunu sosioloji sorğular da sübut edir:

“Rusiyada konstitusiyaya dəyişikliyindən sonra prezidentlik 6 il müddətində müəyyən edilib. Nəticədə, Rusiya prezidenti növbəti 12 il ərzində prezident olmaq hüququ qazanıb. Putini kimin əvəz edəcəyi məsələsi, o, növbəti iki dəfə prezident olduqdan sonra aktuallaşa bilər. Xüsusi bir siyasi, iqtisadi hadisə olmasa, fövqəladə proseslər baş verməsə, indiki reallıqlar fonunda Putinin prezident seçkilərində qalib gələcəyi proqnozunu vermək mümkündür. Putinin Rusiya ictimai-siyasi fikrində nüfuzu kifayət qədər güclüdür. Onun qalib gəlmə şansı kifayət qədər böyükdür. Putini xarizmatik lider, Rusiyanın milli maraqlarını ən yüksək səviyyədə təqdim etmək qabiliyyəti olan prezident kimi tanıyırlar. Rusiya müxalifətinin özü də, dolayı yolla Putinə bərabər kadrlarının olmadığını etiraf edirlər”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR