Çiy toyuğu bişirmədən yuyanlardansınız?

Çiy toyuğu bişirmədən öncə yuyanlardansınız?

Metbuat.az məlumat verir ki, mütəxəssislər çiy toyuğu yumağın təhlükəli olduğunu açıqlayıb.

Çiy toyuqdakı kompilobakterioz adlı bakteriya qida zəhərlənməsinin başlıca səbəblərindəndir. Buna görə də, toyuğu bişirmədən öncə yumağın yaxşı bir fikir olduğunu düşünə bilərsiniz. Mütəxəssislər isə deyir ki, əti yuduğunuzu düşünürsünüz, ancaq su damlaları ilə bakteriyanı əllərinizdən dəzgahınıza, geyimlərinizə qədər yayırsınız. Böyük Britaniya Sağlamlıq Xidmətinin araşdırmasına görə, su damlaları 50 sm-dən uzağa yayıla bilər. Qida zəhərlənməsi üçün bir neçə kampilobakterioz yetərlidir.

Bakteriyadan qorunmaq üçün nə etməliyik?

Toyuğu ağzı qapalı qabda və ya paketdə saxlayın. Toyuğu təmizlədikdən sonra əllərinizi və mətbəx alətlərinizi mütləq yaxşıca yuyun.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR