Azərbaycanlı qadına şeir yazan rus şairi xəstəxanaya yerləşdirildi

Azərbaycanlı qadına şeir yazan rus şairi xəstəxanaya yerləşdirildi
10:08 1 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Keçmiş SSRİ-nin ən böyük şairlərindən hesab olunan Yevgeni Yevtuşenko ABŞ-da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, hadisə barədə mediyaya şairin həyat yoldaşı Mariya Novikova məlumat verib.

Onun sözlərinə görə, bu, planlaşdırılmış müayinə olmayıb. Vəziyyəti ilə bağlı geniş məlumatı həkim rəyindən sonra verə biləcəyini deyib.

Dörd il əvvəl həkimlər Yevqeninin ayaqlarını amputasiya edib. İki ildən sonra isə aritmiyalara qarşı müalicə alıb.

Təxminən 1997-ci ildən Yevtuşenko oynaq zədələnməsi səbəbindən ayağında güclü ağrılar hiss edib. Cərrahi əməliyyatla oynaqlara süni titan qoyulub. Orqanizm müalicəyə cavab verməyib və şaır iflic olmuşdu.

Dəfələrlə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Yevtuşenko "On əsrlik rus poeziyası" adlı müxtəlif müəlliflərin seçilmiş əsərlərindən ibarət antologiyasının, "İlin Kitabı" nominasiyasına laiq görüldüyü tədbirdə iştirak edə bilməmişdir.

Yevqeni Yevtuşenko 1934-cü ildə İrkutsk vilayətində şair ailəsində anadan olub. Şairin ilk şeiri "Sovetskiy sport" qəzetində, ilk şeirlər kitabı isə 1952-ci ildə dərc olunub. Müəllifin150-dən artıq əsəri dünyanın bir çox dillərinə tərcümə edilmişdir.

Yevqeni Yevtuşenko Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovaya "örpək" adlı şeir həsr etmişdi.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/193339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR