Trampın kürəkəni 266 vəzifədən istefa verdi

Trampın kürəkəni 266 vəzifədən istefa verdi
10:18 1 Aprel 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

ABÇ prezidenti Donald trampın baş müşaviri və kürəkəni olan Cared Kuşner dövlət qulluğunda işləmək üçün özəl sektorda çalışdığı 266 müxtəlif vəzifəsindən istefa verməyə məcbur qalıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evdə keçirilən xüsusi brifinqdə səsləndirilən informasiya ABŞ administrasiyasının nümayəndəsi tərəfindən təsdiqlənib.

Cared Kuşner ilə yanaşı prezidentinin ətrafında olan və son zamanlara qədər özəl şirkətlərdə çalışan bütün nümayəndələr əvvəlki vəzifələrindən çıxıblar.

Brifinqin aparıcısı jurnalistlərin ABŞ administrasiyasında neçə milyarderin olmasına dair verdikləri sualdan yayınaraq "Buna bir çox müxtəlif üsullarla baxmaq olar" cavabını verib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR