Məşhur aktyordan qonşularına gözəl jest - FOTO

Məşhur aktyordan qonşularına gözəl jest - FOTO
10:37 1 Aprel 2017
132 Maraqlı
Ölkə mətbuatı
A- A+

Məşhur aktyor, Hollivud ulduzu Corc Kluni xanımı Amal Kluni ilə birlikdə satın aldıqları 12 milyon funt-sterlinq dəyərində malikanənin təmir və rekonstruksiyasını başa vurub. Təmir işləri gedəndə onlar qonşuluqda yaşayan iki qocanı narahat etməmək üçü gözəl jest ediblər.

Milli.Az The Sun-a istinadən bildirir ki, 55 yaşlı aktyor və xanımı İngiltərənin Berkşir qraflığındakı Sonninq kəndində qədim malikanəni satın almışdılar. Malikanənin təmiri başlananda Klunilər qonşuluqda yaşayan 58 yaşlı Con Qrouv və onun xanımı, 49 yaşlı Kleri narahat etmək istəməyiblər.

Bun üçün Klunilər həmin cütlük üçün yaxınlıqdakı "French Horn" otelində nömrə alıblar. Təmirin davam etdiyi bir ay ərzində Qrovların otel xərcləri ilə yanaşı, onların yemək məsrəflərini də tamamən ödəyiblər.

19-cu əsrdə tikilmiş malikanənin təmirinə 15 milyon funt-sterlinq xərclənib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/531069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR