Yol qəzası prospektdə tıxac yaratdı

Yol qəzası prospektdə tıxac yaratdı
10:38 1 Aprel 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nərimanov rayonu ərazisində Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində qeydə alınıb.

KİA və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Bundan başqa, qəzadan sonra Heydər Əliyev prospektində böyük tıxac yaranıb.

Bakı Nəqliyyat Agentliyindən prospektdə yaranan tıxacın qəza ilə bağlı olduğu bildirilib.

Baş Dövlət Yol Polisi İdarəsi faktla bağlı araşdırma aparır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/193343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR