Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı endirildi

Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı endirildi
10:43 1 Aprel 2017
197 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən etibarən 38/37 nömrəli Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınıb.

Azərbaycan Dəmir Yolları” QSC-dən Publika.az-a verilən məlumata görə, dəyişiklikdən əvvəl Bakıdan Tbilisiyə kimi gediş haqqı yataq dəstinin istifadəsi və komisyon yığım daxil olmaqla, plaskart vaqonda 30,16 AZN, kupe vaqonda 44,50 AZN və SV vaqonda 83,77 AZN təşkil edirdisə, gediş haqları aşağı salındıqdan sonra plaskart vaqonda 24,54 AZN, kupe vaqonda 35,32 AZN və SV vaqonda 58.43 AZN təşkil edəcək.

Qeyd edək ki, İsveçrə frankının Azərbaycan manatına olan məzənnəsi dəyişdiyi halda gediş haqqı da dəyişəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/193346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR