Avropa Birliyinin iki aparıcı dövləti toqquşdu – QALMAQAL

Avropa Birliyinin iki aparıcı dövləti toqquşdu – QALMAQAL
11:03 1 Aprel 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya hökumətinin xarici dövlət nömrəli avtomobillərdən yol vergisi tələb etməsi qonşu Avstriya tərəfindən ciddi etirazla qarşılanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Avstriya hökuməti Almaniyanın bu qərarını “irqçi ayrı-seçkilik” adlandırıb.

Avstriyanın nəqliyyat naziri Jörg Leichtfried Almaniya hökumətinin bu qərarının Avropa Birliyinin siyasətinə də ziddi olduğunu bildirib: “Əcnəbilərdən yol vergisi almaq açıq-aşkar irqi ayrı-seçkilik etmək deməkdir. Biz Almaniyanın bu qərarını boykot edirik”.

Xatırladaq ki, Almaniya hökumətinin xarici dövlət nömrəsi olan avtomobillərdən yol vergisi almaq barədə təklifi Federal Məclis və Şura tərəfindən qəbul edilib. Bu qərardan dərhal sonra Avstriyanın Ədliyyə Şurası sözügedən məsələ ilə bağlı müzakirələrə başlayıb.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR