Millimizin mundial şansı açıqlandı

Millimizin mundial şansı açıqlandı
11:05 1 Aprel 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində iştirak edən komandaların Rusiyada keçiriləcək mundiala çıxmaq şansları açıqlanıb. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, xarici ekspertlərin tərtib etdiyi siyahıda final mərhələsinə yüksəlməyə nəzəri şansları olan bütün komandalar yer alıb.
 
Meydan sahibi Rusiya və ilk vəsiqənin sahibi Braziliyadan sonra DÇ-yə yollanacaq 22 komanda adına 89 namizəd var. Azərbaycan millisi də bu yığmalar sırasındadır.
 
Avropa zonasının C qrupunda çıxış edən komandamızın şansları çox aşağı göstərilib. 5 oyundan sonra 7 xalla qrup 4-cüsü olan Robert Prosineçkinin yetirmələrinin Rusiyaya yollanmaq ehtimalı 0,37 faizdir.
 
Bu nəticə 89 namizəd arasında yalnız 75-cidir. Yığmamız Konqo, Liviya, Qətər, Litva, Norveç, Solomon adaları, Estoniya, Taiti,  Papua-Yeni Qvineya, Qazaxıstan, Kipr, Belarus, Finlandiya və Albaniyadan öndədir. Sonuncu 5 komandanın şansları cəmi 0,01, yəni 10000-də 1-ə bərabərdir. Ən şanslı olan Meksika isə 99,89 faiz mundialdadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR