"20 Yanvar" dairəsində avtobus xaosu...

Paytaxtın "20 Yanvar" dairəsindən Masazır qəsəbəsi, Sumqayıt yolu istiqamətində hərəkət edən 199 nömrəli avtobusa günün pik saatlarında (insanların işə gedən və işdən gələn vaxtlarında) minmək olmur.

Yer olmadığı üçün hətta bəzi sürücülər avtobusu dayanacaqlarda saxlamırlar. Belə olan halda, insanlar “1 manatlıq taksilər”ə üz tutur. Pulu olmayanlar isə məcbur olub saatlara dayanacaqda avtobusun boş gəlməsini gözləyir.

Problemlə bağlı Metbuat.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bildirdi ki, bu məsələni nəzarət altına götürəcəyik:

“Məsələnin obyektiv və subyektiv səbəbləri var. Gün ərzində həmin nəqliyyat vasitələrinin sayında problem olmur. Günün pik saatlarında bu cür hallar müşahidə edilir. Bu gündən bizim əməkdaşlar həmin marşrut xətti üzrə baxış həyata keçirəcəklər. Daşıyıcalarla bağlı iş aparılacaq. Pik saatlarda nəqliyyat vasitələrinin sayını bir artırmaq mümkün olarsa, artırılacaq. İntervalın süni şəkildə uzadılmasına sürücü yol verirsə, cəzalandırılacaq. Daşıyıcı yol vərərsə, onunla bağlı tədbir görüləcək”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR