"Borussiya"nın ulduzu Bakıdan zədəli qayıdıb

"Borussiya"nın ulduzu Bakıdan zədəli qayıdıb
11:57 1 Aprel 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

Dortmund "Borussiya"sının futbolçusu Andre Şürrle Almaniya milli komandasının düşərgəsindən klubuna zədəli halda qayıdıb. Bu haqda "Borussiya"nın baş məşqçisi Tomas Tuxel açıqlama verib. 


O bildirib ki, 27 yaşlı hücumçu Bakıda Azərbaycan yığması ilə oyun zamanı axill vətərindən xoşagəlməz zərbə alıb. Tuxel Şürrlenin aprelin 1-də "Şalke" ilə Rur derbisində iştirak etməyəcəyini vurğulayıb.


Bunadək Marko Röys və Mario Götse zədə səbəbindən Azərbaycan yığması ilə oyunu buraxıblar. Onlar derbiyə də yollanmayacaqlar. Zədəlilər sırasına məşqdə xəsarət alan Erik Durm da qoşulub.


Qeyd edək ki, Andre Şürrle Azərbaycan yığması ilə oyunda 19-cu və 81-ci dəqiqələrdə fərqlənərək, komandasının 4:1 hesablı qələbəsində böyük pay sahibi olub. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotborussiyaquotnn-ulduzu-bakdan-zdli-qaydb-t57258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR