Samsung Anti-tangle tozsoran quruluşunda yenilik

Samsung Anti-tangle tozsoran quruluşunda yenilik
12:05 1 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Hər dəfə tük və saç topaları ilə tıxanmış tozsoranı təmizləməyə yır-yığışa ayırdığımız vaxtdan daha çox sərf edirik. Belə ki, məcburiyyətdən zibil konteynerini çıxarırıq, çirk yayaraq və yığdığımız tozu səpələyərək, dolanmış tük və saçları əl ilə təmizləyirik. Və bütün bunlar ona görədir ki, tozsoran sovurma gücünü itirir.

Samsung yeni Anti-Tangle turbinli Cyclone ForceTM sistemini təqdim edir. Bu sistem tük, saçların və tozun dolanmasının qarşısını alaraq, sabit sovurma gücünü uzun müddət ərzində davamlı olaraq təmin edir.

Adi tozsoranlarda fırlanan ventilyator havanı və tozu özünə çəkərək zibil konteynerinə toplayır, xüsusi barmaqlıqlar isə tullantı və tükü üzərində saxlayaraq,ventilyatora düşməsinin qarşısını alır. Yeni sistem isə hava burulğanı yaradır və toz və çirk hissəcikləri, mərkəzdənqaçma qüvvəsinintəsiri altında,burulğandan itələnərək zibil konteynerində toplanır.Dövrü hava axını üzərində işləyən bu sistemin,adı da elə buradan irəli gəlir - Cyclone ForceTM.

Anti-Tangle turbininə gəldikdə isə, eni 2.5 sm olan bu işlək element, adi sovurmanı tənzim edən motorun üzərində işləyir. Motor yeni turbinə dəqiqədə 10 000 dövrə etməyəimkan yaradır. Bu sadə gündəlik həll, əlavə hava axını ilə tük və saçları bir başa zibil konteynerinə toplayaraq, dolanma problemini aradan qaldırır.

Anti-Tangle turbinli Cyclone ForceTM sistemi sayəsində sovurma gücü təmizliyin əvvəlindən axırına kimi dəyişməz olaraq qalır.Bu da öz növbəsində təmizliyin effektivliyini artırır. 

Yeri gəlmişkən, konteynerin təmizlənməsi də olduqca asandır. Bütün tullantılar zibil konteynerinə yığılır və sonra adət etdiyimiz qaydada oradan xaric olunur: konteyneri çıxarın, qapağını açın və zibil qutusuna,əliniz dəymədən boşaldın, konteyneri yerinə qaytarın. Bundan sonra çirki əlinizlə təmizləməyə ehtiyac yoxdur!

Paytaxt sakinləri Samsung Anti-Tangle ilə tezliklə Baku Electronics, Kontakt Home və Optimal mağazalar şəbəkəsindədaha yaxından tanış ola biləcəklər. Yeni texnologiyalar haqqında əlavə məlumat almaq istəyirsinizsə, bizim xəbərlərimizi izləməyə davam edin.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/531033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR