Bu gündən ödənişli elektron sınaq imtahanları başlayır

Bu gündən ödənişli elektron sınaq imtahanları başlayır
12:09 1 Aprel 2017
532 Digər
Ölkə mətbuatı
A- A+

Bu gündən Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ödənişli elektron sınaq imtahanına start verilib.

 

Lent.az-ın məlumatına görə,  elektron sınaq imtahanı aprelin 1-dən 9-dək keçiriləcək.  Bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq. Test nümunələri yeni olmaqla yanaşı, imtahan fənləri üzrə qəbul proqramına və imtahan modelinə tam uyğun hazırlanıb.

 

İştirakçıların nəzərinə çatdırırıq ki, bu tarixlərdə olan bütün imtahanlarda eyni test tapşırıqlarından (bir variant) istifadə olunur. Ona görə də, sizə uyğun tarix və saatı seçməklə bir sınaq imtahanına yazılmağınız kifayətdir. 

 

Elektron sınaq imtahanı abituriyentlərə imtahandan sonra yenidən test suallarına baxmaq, onları təhlil etmək, öz cavablarını etalon cavablarla müqayisə etmək imkanı da yaradır. Elektron sınaq imtahanının ödənişi 10 manat-dır.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271082

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR