Peskov Trampı Putinə bənzətdi: "Çox oxşardır"

Peskov Trampı Putinə bənzətdi: "Çox oxşardır"
12:22 1 Aprel 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, RF prezidenti Vladimir Putin və Ağ Ev rəhbəri Donald Trampın beynəlxalq məsələlərə yanaşması çox oxşardır. 

"Bu həqiqətən də belədir. Onların hər ikisi milli maraqların prioritet olmasında maraqlıdır. Onlar yaxşı anlayırlar ki, tərəfdaşlarla yaxşı əlaqələri saxlamaq onların milli maraqlarındadır", - deyə Peskov "ABC" telekanalına müsahibəsində bildirib. 

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, Rusiya yeni ABŞ administrasiyasının yanaşmalarını anlamaq üçün olduqca səbirlidir: "Biz yaxşı anlayırıq ki, onlara - yeni administrasiyaya Rusiya ətrafında ideyalarını daha aydın formalaşdırmaq üçün zaman lazımdır". 

Mətbuat katibi qeyd edib ki, ABŞ-la aşağı səviyyəli əlaqələr Rusiya üçün "təhlükə yardır". Peskov əlaqələrin yaxşılaşacağına ümid etdiyini bildirib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR