Azərbaycanlı futbolçu Hollandiya çempionatında qol vurdu

Azərbaycanlı futbolçu Hollandiya çempionatında qol vurdu
12:37 1 Aprel 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiya Jupiler Liqasında XXXII turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, həmyerlimiz Ziya Əzizovun şərəfini qoruduğu "Den Boş" səfərdə "Eydhoven"in qonağı olub. 


Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb. Ziya Əzizov oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. Həmyerlimiz 67-ci dəqiqədə komandasının ikinci qolunu vurub. 


Qeyd edək ki, 32 oyundan sonra hesabında 38 xal olan "Den Boş" 20 komanda arasında 14-cü pillədə qərarlaşıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanl-futbolcu-hollandiya-cempionatnda-qol-vurdu-t57261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR