Səfir arvadına görə işdən qovulur

Səfir arvadına görə işdən qovulur
12:47 1 Aprel 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

Çexiyanın İsveçrə və Lixtenşteyndəki səfiri Karel Boruvkaya Çexiya XİN-indən aprel ayının sonuna qədər vəzifəsindən getməsi barədə xəbərdarlıq edilib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, səfir həyat yoldaşının "Twitter" mikrobloqunda yazdığı tənqidi fikirlərə görə işdən qovulur.

Çexiya XİN rəhbəri Lubomir Zaoralek səfiri həyat yoldaşına mane olmamaqda ittiham edib: "Heç bir səbəb olmadan mənə vəzifəmdən getmək barədə xəbərdarlıq edilib. Nazir şəxsi yazışmada bildirib ki, mən öz həyat yoldaşımın sosial şəbəkələrdəki yazışmalarına mane ola bilməmişəm. Bu isə mənim dərhal işdən azad olmağıma səbəb oldu", - deyə daha əvvəl XİN rəhbərinin müavini vəzifəsini tutan Boruvka jurnalistlərə açıqlamasında bildirib.

Boruvka XİN rəhbərliyinin bu qərarı ilə razı deyil: "Mən bunun baş verdiyinə inanmıram. İndiyə qədər Çexiya diplomatiyasında belə bir şey görülməyib. Söhbət XİN əməkdaşı olmayan mənim həyat yoldaşımın şəxsi hüquqlarından gedir, bu, onun şəxsi işidir". 

Çexiya XİN-in mətbuat katibi Mixael Larqonova Karel Boruvkanın aprelin sonuna qədər İsveçrə və Lixtenşteyndəki postunu tərk etməli olduğunu və XİN-dəki işinə geri qayıtmalı olduğunu təsdiqləyib: "Onun yeri qanunvericiliyə uyğun olaraq dəyişdirilir. Bunu istənilən vaxt və heç bir əsas olmadan etmək də olar".

XİN-ə qayıdan zaman Boruvkaya onun kvalifikasiyası və təcrübəsinə uyğun iş təqdim olunacaq. 

Bu məsələdə son söz Çexiya prezidenti Miloş Zemandadır. Qanunvericiliyə əsasən məhz prezidentin səfirlərin digər ölkələrə təyin etmək və çıxarmaq hüquq var. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR