90 yaşlı veteran cinsini dəyişdi

İngiltərədə yaşayan ikinci dünya müharibəsi veteranı Piter Devis cinsini dəyişdirərək qadın olub.

Metbuat.az-ın məlumatına görə, 90 yaşlı şəxs qadın olduqdan sonra Patrisia adını qəbul edib. Əməliyyat bir neçə il əvvəl reallaşsa da, o cinsini dəyişdiyini yalnız indi açıqlayıb. Təzyqilərdən ehtiyat edən şəxs, bu üzdən qadın olduğunu gizli saxlayıb. Xanım kimi özünü daha xoşbəxt hiss etdiyini deyən Patrisia, uşaqlıqdan bəri qadın olmaq duyğusuyla yaşadığını dilə gətirib:

"Qadın olmağı bütün həyatım boyunca istədim. Buna qədər heç də tam xoşbəxt ola bilmirdim. Çiyinlərimdən böyük yük qalxdı".

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR