İldırım daha çox kişiləri vurur

Orta hesabla yer səthinin hər kvadratkilometrinə ildə 6 dəfə ildırım düşür. Hər saniyədə dünyanın müxtəlif nöqtələrində təxminən 100 ildırım qeydə alınır.

Əksər hallarda ildırım uca ağaclara, dəmir yollarında olan transfarmator qurğularına, müxtəlif çoxmərtəbəli bina və obyektlərə düşərək yanğınlara səbəb olur.

Atmosferdə səslə müşahidə olunan yüksəktezlikli elektrik boşalması hadisəsi nəticəsində hər il dünyada təxminən 3000 insan həyatını itirir. Hesablamalara görə, ildırımvurma nəticəsində ölənlərin 80%-i kişilərdir.

İldırımlar atmosferdə daima hərəkət edən müxtəlif ölçülü buludların hərəkəti və toqquşması nəticəsində əmələ gəlir. Atmosfer havasında doymuş su buxarlarının konsentrasiyası qış fəslinə nisbətən yayda temperaturun artması ilə daha yüksək olur.

Mütəxəssislərin fikrincə, açıq sahədə şiddətli şimşək və yağış altında saçların qalxdığı hiss edilərsə, bu ildırım düşmə riskinin çox olduğundan xəbər verir.

İldırımvurma nəticəsində insan bədənində pataloji dəyişikliklər baş verir. Tənəffüs və ürək qan damar sisteminin fəaliyyəti pozularaq, bədəndə yanıqlara səbəb ola bilər. Ən pis halda isə ölümlə nəticələnə bilər.

İldırımvurma zamanı həkim gələnə qədər zərərçəkənin ürəyi massaj edilərək, süni tənəffüs verilməlidir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR