Marşrut avtobuslarının "Koroğlu"dakı yeri dəyişdirilir - Sərnişinlər, diqqət!

Marşrut avtobuslarının "Koroğlu"dakı yeri dəyişdirilir - Sərnişinlər, diqqət!
13:34 1 Aprel 2017
159 Digər
Ölkə mətbuatı
A- A+

Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin (NMM) yeri dəyişdirilir.

 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, yeni iş həftəsindən etibarən, NMM müvəqqəti olaraq metronun “Koroğlu” stansiyasının qarşı tərəfdəki (Heydər Əliyev prospektinin Hava limanı istiqamətinə gedən hissəsində) çıxışına yaxın ərazidə olacaq. Məqsəd, paytaxtda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı ətraf kənd və qəsəbələrdən Koroğlu metrostansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz ən əsası da təhlükəsiz fəaliyyətini təmin etməkdir.

 

Dəyişikliklə əlaqədar, Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin iştirakı ilə ərazidə müvafiq nişanlanma işlərinə, həmçinin, bura daxil olacaq marşrut xətləri ilə bağlı məlumat lövhələrinin yerləşdirilməsinə başlanılıb.  

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR