“Cavadovun gözünün altına elə zərbə vurdum ki...”

“Cavadovun gözünün altına elə zərbə vurdum ki...”
13:37 1 Aprel 2017
123 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi”də İsgəndər Cavadov adlı bir hücumçu vardı. İnadkar oğlan idi".


Fanat.Az xəbər verir ki, bu sözləri Minsk "Dinamo"sunun futbolçusu olmuş Yuri Truxan “Belarus seqodnya” qəzetinə verdiyi müsahibədə deyib.


Paytaxt təmsilçisinin heyətində SSRİ çempionatının qalibi, gümüş medalçısı olan keçmiş mərkəz müdafiəçisi "Neftçi" ilə qarşılaşma rəqibi olmuş İsgəndər Cavadovu xatırlayıb: "Yadımdadır, Bakıda oynayırdıq. Qapıçımız topu artıq bağlamışdı, ancaq Cavadov ona bilərəkdən butsusunun "şipləri" ilə zərbə vurdu. Bunu diqqətdən kənarda qoymaq? Yox, bu, mənim xarakterimdə deyil. Hakimin görmədiyini andan istifadə edərək Cavadova elə zərbə vurdum ki, bunu uzun müddət yadda saxlayacaq. O, oyunu gözünün altı qaralmış şəkildə bitirdi. Düzdür, sonradan videoyazıya baxaraq məni Moskvaya çağırdılar. Nizam-İntizam Komitəsinin qərarı ilə 5 oyunluq cəzalandırdılar. Qoy, belə olsun, ancaq rəqibin meydanda belə hərəkətinin qarşısında geri çəkilmək olmaz. Əks halda, sənə hörmət etməyəcəklər".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cavadovun-gozunun-altna-el-zrb-vurdum-ki-t57263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR