Yosundan qaz əldə ediləcək

Ukraynalı alimlər yeni təbbi qaz mənbəyi tapıb.

Metbuat.az xəbər verir ki, qaz mavi-yaşıl yosunlardan əldə ediləcək. Xüsusilə yay fəslində Dneprdə yosunların artması ilə əlaqədar xüsusi stansiya da quraşdırılıb.

Mütəxəssislərin fikrincə, yeni texnologiya yalnız təbii qaz əldə edilməsinə deyil, eyni zamanda çayın çirklənməsinin də qarşısını almağa kömək edəcək. Bu yolla içməli suya olan tələbat da normal şəkildə ödənə biləcək.

Rusiya yeni texnologiya ilə əlaqədar Ukrayna ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR