"Koroğlu" metrostansiyası yaxınlığında avtobusların dayanacaq yeri dəyişdirilir

"Koroğlu" metrostansiyası yaxınlığında avtobusların dayanacaq yeri dəyişdirilir
13:58 1 Aprel 2017
150 Ölkə
Ölkə mətbuatı
A- A+

Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi"nin (NMM) yeri dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, yeni iş həftəsindən etibarən, NMM müvəqqəti olaraq metronun “Koroğlu” stansiyasının qarşı tərəfdəki (Heydər Əliyev prospektinin Hava limanı istiqamətinə gedən hissəsində) çıxışına yaxın ərazidə olacaq.

“Məqsəd, paytaxtımızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı ətraf kənd və qəsəbələrdən Koroğlu metro stansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz ən əsası da təhlükəsiz fəaliyyətini təmin etməkdir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, dəyişikliklə əlaqədar, Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin iştirakı ilə ərazidə müvafiq nişanlanma işlərinə, həmçinin, bura daxil olacaq marşrut xətləri ilə bağlı məlumat lövhələrinin yerləşdirilməsinə başlanılıb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/193368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR