Yeni yaradılmış Nəqliyyatı Mübadilə Mərkəzinin yeri dəyişdirilir - FOTO

Yeni yaradılmış Nəqliyyatı Mübadilə Mərkəzinin yeri dəyişdirilir - FOTO
14:22 1 Aprel 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ötən il yaradılmış Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin (NMM) yeri dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, yeni iş həftəsindən etibarən, NMM müvəqqəti olaraq metronun "Koroğlu" stansiyasının qarşı tərəfdəki (Heydər Əliyev prospektinin Hava limanı istiqamətinə gedən hissəsində) çıxışına yaxın ərazidə olacaq: "Məqsəd, paytaxtda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı ətraf kənd və qəsəbələrdən metronun "Koroğlu" stansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz ən əsası da təhlükəsiz fəaliyyətini təmin etməkdir".

Dəyişikliklə əlaqədar, agentliyin mütəxəsisslərinin iştirakı ilə ərazidə müvafiq nişanlanma işlərinə, həmçinin, bura daxil olacaq marşrut xətləri ilə bağlı məlumat löhvələrinin yerləşdirilməsinə başlanılıb.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/531182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR