Bədii gimnastika üzrə "Zabrat Kuboku" açıq birinciliyi - FOTO

Bədii gimnastika üzrə "Zabrat Kuboku" açıq birinciliyi - FOTO
14:37 1 Aprel 2017
203 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Balaxanı İdman Mərkəzində bədii gimnastika üzrə "Zabrat Kuboku" açıq birinciliyi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, birinciliyə Azərbaycan dövlət himninin səsləndirilməsi ilə start verilib.

Yarışlarda "Zabrat" İK və Sumqayıt İK, Respublika Kompleks İdman Məktəbi, "Şağan" OİK, "Zirə" İK, "Gömrükçü" İK, "Kürdəmir" İK və Su İdman Sarayından olan 70-ə qədər 2001-2011-ci il təvəllüdlü gimnastlar iştirak ediblər.

Gimnastlar A, B, C qrupları üzrə alətsiz, top, ip, halqa və gürzələrlə, o cümlədən qrup şəklində çıxış ediblər. Yarışda qalib gəlmiş gimnastlara mükafatlar təqdim edilib.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR