Avropanın 7 böyük klubu bu futbolçunu istəyir

Avropanın 7 böyük klubu bu futbolçunu istəyir
15:07 1 Aprel 2017
146 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın əsas heyətində özünə yer edə bilməyn Ceyms Rodriges Avropanın böyük klublarının transfer siyahısına başçılıq edir. Fanat.Az xəbər verir ki, hazırda kolumbiyalı ulduzla 7 klub maraqlanır.


"Real"a yaxınlığı ilə tanınan AS qəzetinin iddialarına görə, Rodrigesi İngiltərənin "Çelsi", "Mançester Yunayted", "Liverpul", İtaliyanın "İnter", "Yuventus", Almaniyanın "Bavariya" və Fransanın PSJ klubları heyətinə qatmaq istəyir.


Qəzetin xəbərinə görə, "Real" kolumbiyalı ulduzu üçün 80 milyon avro transfer haqqı tələb edir.


Qeyd edək ki, "Real" Rodrigesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya alıb. Hazırda "Transfermarkt" kolumbiyalı ulduza 50 milyon avro qiymət qoyub. 25 yaşlı yarımmüdafiəçi cari mövsümdə cəmi 23 rəsmi oyuna çıxıb və 5 qol vurub.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-avropann-7-boyuk-klubu-bu-futbolcunu-istyir-t57266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR