Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb
15:09 1 Aprel 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ə oğurluqda şübhəli bilinən şəxslər ələ keçib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, martın 27-də rayon ərazisindəki mağazalardan birindən kombi aparatı və 3000 manat dəyərində elektrik kabeli oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Malik Qələmov tutulub, daha bir nəfər isə müəyyən edilib.

 

Bundan başqa, Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Mahir Novruzovun və Samir Süleymanovun ətraflarında Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların ötən il iyulun 30-dan cari il martın 26-dək olan müddətdə rayon ərazisindəki 3 evin həyətindən su sayğacı, habelə R.Məmmədov küçəsindəki körpünün üzərinə quraşdırılmış bəzək əşyalarını oğurlamaları da müəyyən edilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271092

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR