Cavid Qurbanov: "Tariflər yaxın zamanlarda müəyyən ediləcək"

Cavid Qurbanov: "Tariflər yaxın zamanlarda müəyyən ediləcək"
15:32 1 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Transxəzər beynəlxalq nəqliyyat dəhlizi üzrə yük daşımaları üçün vahid tariflər yaxın zamanlarda müəyyən ediləcək".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, tariflər Ukraynanın bu dəhlizə qoşulmasını nəzərə almaqla müəyyənləşdiriləcək.

C.Qurbanov bildirib: "Bugünkü protokolun imzalanması ilə Ukrayna da rəsmi olaraq bu marşrutun üzvü olacaq. Və əgər bunadək marşrutun son məntəqəsi Batumi idisə, bundan sonra marşrut Ukrayna ərazisindən də keçəcək. Beləliklə də, tariflər bu amil nəzərə alinmaqla müəyyən ediləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/531192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR