Deputat: “Azərbaycanın Ermənistanı yerlə yeksan edə biləcək silahları var”

Deputat: “Azərbaycanın Ermənistanı yerlə yeksan edə biləcək silahları var”
15:33 1 Aprel 2017
126 Digər
Ölkə mətbuatı
A- A+

“Prezident İlham Əliyevin ötən gün hərbiçilərlə görüşü zamanı söylədiyi fikirlər çox böyük əhəmiyyətə malikdir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev bildirib.

R.Rzayev deyib ki, işğalçı rejimə rəhbərlik edən və səhra komandiri düşüncəsində olan Serj Sarkisyan Azərbaycan haqqında yalan fikirlər söyləyir:

“Ancaq ötən gün cənab Prezident İlham Əliyev hərbiçilərlə görüşü zamanı Serj Sarkisyanın layiqli cavabını verdi. Bildirdi ki, Azərbaycan ordusu ermənilərə sarsıdıcı zərbələr vuran 2016-cı ilin aprel hadisələri zamanı öz arsenalında olan silahların çox cüzi hissəsindən istifadə edib. Bu gün Azərbaycanın elə müasir silahları var ki, nəinki Dağlıq Qarabağı, Ermənistanı da yerlə yeksan edər. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə israrlıdır. Hələlik cənab Prezident bunun sülh yollu ilə həll olunmasını istəyir. Amma lazım olarsa, beynəlxalq hüququn tələbləri çərçivəsində Azərbaycan ordusu hərbi addımlar da atmağa qadirdir”.

Deputat qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün öz ərazilərində erməni separatçılarına qarşı anti-terror əməliyyatları keçirtmək imkanlarına malikdir:

“Bunu etmək üçün də Azərbaycan Silahlı Qüvvələri ən müasir, güclü silah və hərbi texnikaları alır. Təbii ki, ehtiyac yaranan zaman biz bu silahlardan da istifadə edəcəyik. İşğalçı erməni separatçılarını öz torpaqlarımızdan çıxaracağıq. Buna heç kəs də şübhə etmir”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/193375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR