"Neftçi"nin 10-cu uğursuzluğu

"Neftçi"nin 10-cu uğursuzluğu
15:47 1 Aprel 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Kubokunun “Qarabağ”la yarımfinal oyunu “Neftçi” üçün uğursuz yubileylə əlamətdar olub. Fanat.Az xəbər verir ki, mərhələnin ilk qarşılaşmasını evdə keçirən Bakı təmsilçisi öz meydanında 0:2 hesabı ilə uduzub. 


Bu, “ağ-qaralar”ın kubokdakı 10-cu ev məğlubiyyəti olub. Bunadək bakılılar doğma azarkeşləri önündə keçirdiyi 70 matçda cəmi 9 dəfə uduzmuşdu. 71-ci matçda “10”a çatan paytaxt futbolçuları 47 qələbə qazanıb, 14 dəfə heç-heçə edib. Öz meydanında 142 qola sevinən “Neftçi” 43 top buraxıb.


Qeyd edək ki, 1/4 finalın “Zirə” ilə ev oyununda 1:2 hesabı ilə uduzan “Neftçi” öz meydanında ardıcıl 2-ci dəfə məğlub olub. (pfl.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquotnin-10-cu-uursuzluu-t57267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR