Paraqvayda əhali küçələrə axışdı

Paraqvayda seçki sistemi ilə bağlı edilən dəyişikliklər ciddi etirazlara səbəb olub.

Metbuat.az bildirir ki, polisə şiddətli müqavimət göstərən etirazçılar paytaxt Asunsiondakı Konqresin binasına hücum ediblər. Binanın şüşələrini sındıraraq onu yandırıblar. Yerli media aralarında nümayişçilər, siyasi mənsublar və polislərin də olduğu çoxlu sayda adamın yaralandığını xəbər veriblər.

Qeyd edək ki, seçkilər haqda dəyişikliklər hazırkı prezident Horakita Kartezin növbəti dəfə nazmizəd ola bilməsinin önünü açır. Etirazçılar dəyişikliyin gizli şəkildə edilməsini və xalqa bildirilməməsini söyləyirlər.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR