Bizə at əti "yedizdirən" şəxs tutuldu - FOTO

Bizə at əti "yedizdirən" şəxs tutuldu - FOTO
16:05 1 Aprel 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda at əti satmaq istəyən şəxs saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Xınıslı kənd sakini Anar Bağırov özünə məxsus həyətyanı sahədə iki atı kəsərək Kürdəmir rayonunun Yenikənd kənd sakini Tahir Kərimova məxsus "Mercedes" markali avtomobillə satmağa apararkən polis əməkdaşları tərəfindən tutulub.
 
Rayon Baytarlıq Xidmətinin əməkdaşları müsadirə olunan at ətindən müayinə üçün nümunə götürüblər.
 
Faktla bağlı rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirir.
 
Qeyd edək ki, bu fakt Anar Bağırovun ilk qanunsuz əməli deyil. Belə ki, o bundan əvvəl də at əti satışına görə saxlanılıb. 

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/531195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR