"Blatter tanıdığım ən eqoist insandır"

"Blatter tanıdığım ən eqoist insandır"
16:22 1 Aprel 2017
152 İdman
Ölkə mətbuatı
A- A+

UEFA-nın sabiq prezidenti Mişel Platini eks FİFA rəhbəri Sepp Blatter haqqında danışıb.Fransız futbol adamı Blatter haqqında çox sərt ifadələr səsləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "La Monde"yə açıqlama verən Platini keçmiş FİFA prezidentinin çox eqoist insan olduğunu deyib:

"Blatter tanıdığım ən eqoistl insandır. O, heç vaxt başqalarını müdafiə etməzdi, hər zaman özünü düşünürdü. Məni də müdafiə etmədi. Yeganə məqsədi FİFA-nın baxçasında dəfn olunmaq idi. Həmişə mənə söz atırdı və məni görməzdən gəlirdi. Mənimlə prinsip apardığını anlamışdım".

Qeyd edək ki, FİFA-dan 2 milyon İsveçrə fankı alan və bu pulu nə üçün aldığını sübut edə bilməyən Platini 8 il müddətinə futboldan uzaqlaşdırılmışdı. Sonradan onun cəzası 4 ilə endirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR