"Bursaspor"un baş məşqçisi millimizin üzvü haqda danışdı

"Bursaspor"un baş məşqçisi millimizin üzvü haqda danışdı
17:17 1 Aprel 2017
107 İdman
Ölkə mətbuatı
A- A+

"Bursaspor"un baş məşqçisi Mutlu Topçu açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Türkiyə klubunun baş məşqçisi açıqlamasında yeni transferləri olan U-21 millimizin üzvü Ozancan Kökçüdən də danışıb:

"Transfer çalışmalarımızı davam etdiririk. Və bunun nəticəsini də görürük. Gələcəyimizi təmin etmək üçün indidən işlər görməliyik.  İndidən gələcəyə yatırım etməliyik. Bu mənada Ozancan Kökçünün transferi işimizə yarayacaq. O, bir çox klubların transfer siyahısında yer almışdı. Seçim üçün futbolçunun ailəsi ilə görüşdük. Həm "Bursaspor"u, həm də bazamızı tanıtdıq. Nəticədə seçimini bizdən yana etdi. Qısaca, yaxşı bir oyunçu qazandığımızı düşünürəm. O,  həm "Bursaspor'a həm də Türkiyə futboluna böyük fayda verəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR