Sabirabadda "Kamaz "və " Vaz" toqquşub

Sabirabadda "Kamaz "və  " Vaz" toqquşub
17:29 1 Aprel 2017
124 Digər
Ölkə mətbuatı
A- A+

 

Sabirabad rayonunda “Kamaz” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN )  saytına istinadən məlumatına görə, qəza rayonun Şıxlar kəndində yaşanıb. Vətəndaşlara məxsus “Kamaz” markalı yük və “VAZ” markalı minik avtomobillərinin toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 12:32-də başa çatıb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR