Bir ailə üçün ən yüksək ev satılır - FOTO

Bir ailə üçün ən yüksək ev satılır - FOTO
18:17 1 Aprel 2017
192 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu bina bir ailənin yaşamı üçün nəzərdə tutulmuş ən yüksək binadır.

Milli.Az Arizona Republic-a istinadən bildirir ki, ABŞ-ın Arizona ştatındakı Presskot şəhərində, Tamb Battda inşa edilmiş bu binanın hündürlüyü 63 metrdir.

10 mərtəbəli tikili yüksəklikdə olan bina 1,5 milyon dollara satışa çıxarılıb.

Məşhur memar Feniks Sukumar Palın layihəsi olan binada 3 yataq otağı, 4 vanna otağı var. Şüşə döşəməli və tavanlı otaqlardan San-Fransisko zirvəsi, Böyük Barmaq dağı, Hamfri zirvəsi və Bill Uilyams dağlarına mənzərələr açılır.

Bina hidravlik lift və unikal enerji sistemi ilə təchiz olunub.

28,9 milyardlıq varidata malik hindistanlı milyarder Mukeş Ambani 2010-cu ildə Mumbay şəhərində 27 mərtəbəli analoji bina tikdirmişdi. 1 milyard dollara başa gəlmiş "Antiliya" adlı bu binanın sahəsi 37 min m2, hündürlüyü isə 173 metrdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/531068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR