"Fənər"ə ağır xəbər: "Qayıtmaq istəmirəm"

"Fənər"ə ağır xəbər: "Qayıtmaq istəmirəm"
14:27 7 Yanvar 2015
190 İdman
Ölkə mətbuatı
A- A+

"Tottenhem Hotspur"la danışıqlar aparmaq üçün Londona gedən Emmanuel Emenike "Fənərbağça"da oynamaq istəmədiyini bildirib. Goal.az "Habertürk"ə istinadən xəbər verir ki, nigeriyalı forvard agenti vasitəsilə "Fənərbağça" rəhbərliyinə klubdan ayrılmaq səbəblərini bildirib. Emenike ona qarşı münasibəti, hər dəfə cəza almasını və müqavilədəki bəzi şərtləri əsas gətirməklə "sarı lacivərdlilər"lə yollarını ayırmaq istəyini izah edib. Emenikenin artıq "Tottenhem"lə danışıqları müsbət yekunlaşdırdığı da deyilir. Transferin 10 milyon avroya baş tutma ehtimalı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR