Pirallahı sakinindən 3 kq marixuana götürülüb

Pirallahı sakinindən 3 kq marixuana götürülüb
18:34 1 Aprel 2017
97 Digər
Ölkə mətbuatı
A- A+

Pirallahı RPŞ əməkdaşları tərəfindən qəsəbədə yaşayan Elxan Şərifovun evinə baxış keçirilib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, həyata keçirilən  əməliyyat tədbirləri nəticəsində Elxan Şərifovun evindən 1 kiloqram 05 qram heroin və 3 kiloqram 609,786 qram marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, E.Şərifov əvvəllər məhkum həyatı yaşayıb.

 

 

Biləsuvar RPŞ əməkdaşları tərəfindən də əməliyyat tədbirləri keçirilib.

Axtarış tədbirləri nəticəsində şəhər ərazisində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədovdan və İran vətəndaşı Nasirpanah Alı Eltefatdan 5 kiloqram 75 qram tiryək götürüllüb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271081

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR