Gömrükdən gizlədilən mobil telefon və siqaret aşkarlanıb

Gömrükdən gizlədilən mobil telefon və siqaret aşkarlanıb
18:49 1 Aprel 2017
101 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal-gömrük nəzarəti zonasında Rusiya Federasiyası istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

DGK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin ön və arxa təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 28000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub.

 

Bundan başqa, Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal-gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan, yerli vətəndaşın idarə etdiyi nəqliyyat vasitəsinə də  gömrük baxışı keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin arxa oturacaqlarının altından gömrük nəzarətindən gizlədilən 4400 ədəd "NZ Gold Compact", avtomobilin tibb çantasının içərisindən 5 qutu "Belomorkanal" markalı siqaretlər, qabaq oturacaqların arasından isə 9 ədəd "Samsung Galaxsy J1 mini" markalı mobil telefonlar aşkar olunub.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271101

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR