Çeçenistanda "mavi"lərə qarşı reyd - Öldürülənlər var

Çeçenistanda "mavi"lərə qarşı reyd - Öldürülənlər var
18:57 1 Aprel 2017
129 Dünya
Ölkə mətbuatı
A- A+

Çeçenistanda homoseksuallıqda şübhəli bilinən yüzdən çox kişi saxlanılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumatı LGTB fəalları və FTX və Rusiya DİN-nin respublika üzrə idarəsindəki mənbələr təsdiqləyiblər.  

Saxlanılanlar arasında tanınmış və nüfuzlu din xadimləri, həmçinin iki məşhur televiziya aparıcısının olduğu bildirilir.

"Novaya qazeta" qeyd edir ki, saxlanılan şəxslərin sağ qalmaq şansları çox azdır, belə ki, homoseksualların qohumları və yaxınları onların həbs edilməsi və ya öldürülməsi barədə cinayət işinin açılmasını istəmirlər.

Nəşr reydlər zamanı ən azı üç nəfərin öldürüldüyü barədə də yazıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR