“Qarabağ”lı ziyalımızın 64-cü baharı

“Qarabağ”lı ziyalımızın 64-cü baharı
19:17 1 Aprel 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

“Halva-halva deməklə ağız şirin olmaz!”. Nahaq yerə atalar misalı ilə başlamadım. Yenə futboldan danışacam. O futbaldan ki, başbilənlərindən kimi dindirsən, bilən də, bilməyən də dövlətin, prezidentin futbola diqqətindən, qayğısından danışacaq. Təbii ki, prezident adı gəldisə, köpüklü cümlələri, fikirləri ürək bulandırır. 


Tamam, dövlət futbolumuza pul, diqqət ayırır, bəs sən, ay qalstuklu məmur (bu AFFA-dakılara da aiddi-müəll.), vətəndaş kimi üzərinə düşəni edirsənmi? Tozlu-torpaqlı stadionlara gedirsənmi? Getməyin lazım deyil, Azərbaycan çempionatındakı oyunların hesabı ilə maraqlanırsanmı? İdman mətbuatı oxuyursanmı? Dediyin kimidirsə, dövlətin, prezidentin qayğısı varsa futbola, sən də məmur kimi, vətəndaş kimi, ictimai şəxs kimi stadionlarda, idman mediasında görünməyin şərtdi. Əgər bunları etmirsənsə, dövlətinə də, prezidentinə də, seçicinə də, xalqına da səmimi deyilsən. 


Amma, aralarında barmaqla sayılacaq qədər ziyalımız, millət vəkilimiz və s. var ki, Azərbaycan futbollu ilə maraqlanır, idman mətbuatın mütəmadi izləyir. Həmin şəxslər Almaniya millisini Bakıda görmək üçün stadiona gələn ziyalılardan deyil. Bizim futbola yananlardandı. Onlardan biri Aqil Abbasdı. 


Dəfələrlə idman mətbuatında dərc olunan yazılara reaksiya verməsi, futboldan yazması onun futbolumuza diqqətinin səmimi olmasından xəbər verir. “Qarabağ”ın azarkeşi kimi tanınan Aqil bəyi, dəfələrlə çempionat oyunlarında stadionda görmüşük. Əslində ziyalılarımızın futbol haqqında danışması, yazması təbliğatın əsas hissəsidi. Buna AFFA da maraqlı olmalıdı, daim həmin insanlarla əlaqədə olması, görüşlər keçirməsi şərtdi. Təəsüflər olsun ki, AFFA-da oturanlar özlərindən başqa ziyalı görmür və heç kimin məsləhətinə ehtiyyac duymurlar. Onlar üçün foqtslar daha ağıllıdı. Bu nöqsanlardan o qədər yazmaq olar ki, amma, məqsəd bu deyil. 

Bu gün yazıçı, Əməkdar jurnalist, millət vəkili Aqil Abbasın 64 yaşı tamam olur. Bilmirəm “Qarabağ” klubunun diqqətindədi, ya yox. Amma ilk olaraq Aqil bəyə onlar təbrik ünvanlamalı idi. AFFA-dan heç bunu gözləməyə dəyməz. Onların iki millət vəkili var ki, bir az dirəşsən futbolun 4 hissədən ibarət olduğuna inandırarsan. 


Əslində zaman-zaman AFFA belə jestlərdə bulunmalıdı. Aqil Abbas oturub Elxan Məmmədovun qurum adından təbrikini gözləmir, sadəcə futbolumuza yananlara diqqət hər birimizin borcudu. Yuxarıda qeyd etdiyim kimi, ilk növbədə bunu zamanında fəxri prezidenti olduğu “Qarabağ” etməliydi. Keçmişi unutmaq, silmək olmaz. Bu iraddı, bu nöqsandı, bu diqqətsizlikdi! Hər halda klubun rəsmi saytında 1500 işarəlik təbriki Aqil Abbas haqq edir. Təəssüf...


Aqil Abbas deyə bilər ki, “futbol camiəsindən təbrik gözləmirəm”, amma diqqətsizlik adama təsir edir. 


Aqil bəy həmişə idman mediasının diqqətində olub, olacaq da. Ona görə də təbriki bizdən eşidin...


“Qarabağ”lı ziyalımız, Sizə sevimli komandanızın oyununu “İmarət”dən izləməyi arzu edirik. 64-cü baharınız mübarək! 

     Əli SahibFanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qarabal-ziyalmzn-64-cu-bahar-t57272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR