“Qalatasaray”da ÜSYAN - FOTO

“Qalatasaray”da ÜSYAN - FOTO
19:23 1 Aprel 2017
105 İdman
Ölkə mətbuatı
A- A+

“Qalatasaray”ın hollandiyalı futbolçusu Naycel De Yonq klub rəhbərliyini məşqlərə çıxmaması ilə təhdid edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yonqun üsyanının səbəbi ona çatacaq məvacibin geçikdirilməsi olub. Bu üzdən də futbolçu “pulumu verin, yoxsa məşqə çıxmayacam” deyib. Hadisə təxminən üç həftə əvvəl baş verib.

“Qalatasaray” rəsmilərinin klub prezidenti Dursun Özbekə məlumat verməsindən sonra 33 yaşlı holland futbolçunun pulu hesabına köçürülüb.

Den Yonqun pul üçün üsyanına “cim-bom”un digər holland futbolçusu Uesli Sneyderin də dəstək verdiyi bildirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/193398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR