“Nissan" divara çırpıldı, yaralı var

“Nissan" divara çırpıldı, yaralı var
20:09 1 Aprel 2017
102 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. “Nissan” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarında olan maneəyə çırpılıb. Qəza zamanı maşında olan 1994-cü il təvəllüdlü Yusifov Qəzənfər müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271106

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR