Çində faciə: yemək çubuqları ilə üç nəfəri öldürdü

Çində faciə: yemək çubuqları ilə üç nəfəri öldürdü
20:12 1 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Çinin Xenan əyalətinin Lonin qəzasında özəl psixiatriya xəstəxanasının pasienti yemək çubuqları ilə üç nəfəri öldürüb və bir nəfəri yaralayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Sina xəbər portalına xəbər verib.

Bildirilir ki, hadisə fevralın 24-də baş versə də, əyalətinin rəsmiləri insident haqqında yalnız indi məlumat veriblər.

Qeyd olunur ki, psixi qüsuru olan kişi də onu bağlayan qayışlardan azad olub və yemək çubuqları ilə tibb müəssisəsinin dörd qadın pasientinə hücum edib. Qurbanlardan biri hadisə yerində keçinib, digər üç nəfər isə kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, digər iki qadın da dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları insidentin araşdırılmasını davam etdirir.

MƏQALƏDƏ: qətl Çin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/531215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR