Psixiatriya xəstəxanasında faciə: yemək çubuqları ilə üç nəfəri öldürdü

Psixiatriya xəstəxanasında faciə: yemək çubuqları ilə üç nəfəri öldürdü
20:43 1 Aprel 2017
97 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin Henan əyalətinin Lonin qəzasında özəl psixiatriya xəstəxanasının pasienti yemək çubuqları ilə üç nəfəri öldürüb və bir nəfəri yaralayıb.

Publika.az xəbər verir ki, hadisə fevralın 24-də baş versə də, əyalətinin rəsmiləri insident haqqında yalnız indi məlumat veriblər.

Qeyd olunur ki, psixi qüsuru olan kişi onu bağlayan qayışlardan azad olub və yemək çubuqları ilə tibb müəssisəsinin dörd qadın pasientinə hücum edib. Qurbanlardan biri hadisə yerində keçinib, digər üç nəfər isə kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, digər iki qadın da dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları insidentin araşdırılmasını davam etdirir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR