Spirtli içkilərdən əldə edilən qazanc haram sayılırmı?

Spirtli içkilərdən əldə edilən qazanc haram sayılırmı?
20:47 1 Aprel 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Uca Allah buyurmuşdur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?" (əl-Maidə, 90-91).
Milli.Az zikr.az-a istinadən bildirir ki, ayədə "Onlardan uzaq durun" əmri var. Bu səbəbdən peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) sərxoşedici şeylərlə əlaqədar olaraq 10 nəfərə lənət edib: "Sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana". (Tirmizi, Sehr, 59; Əbu Davud, Əşribə, 2).
Peyğəmbər demişdir: "Uca Allah bir qövmə bir qidanı haram etmişdirsə, ondan gələn qazancı da haram etmişdir". (Əbu Dəvud).
Bir dəfə Tariq ibn Suveyd adlı şəxs həzrəti peyğəmbərdən (sallallahu aleyhi və səlləm) içki barədə sual soruşdu. O da bunu ona qadağan etdi. Tariq dedi ki, mən içkidən ancaq dərman vasitəsi kimi istifadə edəcəyəm. Peyğəmbər buyurdu: "O, dərman deyil! Dərddir!" (Muslim, Əşribə, 12 (1984); Əbu Dəvud, Tibb, 11)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/530954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR