İŞİD-in "ikinci adamı" da öldürüldü

İŞİD-in "ikinci adamı" da öldürüldü
21:19 1 Aprel 2017
110 Digər
Ölkə mətbuatı
A- A+

İraqda İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin “sağ əli” hesab edilən terrorçu İyad əl-Cümeyli məhv edilib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, İraq Hərbi-Hava Qüvvələri terrorçuların Suriya ilə həmsərhəd Anbar əyalətinin Əl-Kaim rayonunda yerləşən komanda məntəqəsinə zərbələr endiriblər. Əməliyyat nəticəsində qruplaşmada ikinci şəxs hesab olunan “Əbu Yəhya” ləqəbli terrorçu İyad əl-Cümeyli məhv edilib. İŞİD iyerarxiyasında İyad əl-Cümeyli “müdafiə naziri” vəzifəsini icra edib.  

 

Məhv edilən silahlılar arasında Əbu Bəkr əl-Bağdadinin yaxın ətrafında olan “Əbu Hacar” ləqəbli Türki Camal əd-Düleymi və “Əbu Həttab” ləqəbli Salam Müzəffər əl-Əcminin olduğu bildirilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271109

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR